Argentina Mərkəzi Bankı yüksək inflyasiyaya görə yeni 2.000 peso əskinasları təqdim edib

Argentinada yüksək inflyasiyaya cavab olaraq Mərkəzi Bank yeni 2.000 peso əskinasları təqdim edib. Dekabrın sonunda başa çatan son 12 ayda istehlakçı qiymətləri təxminən 95% yuxarı qalxıb.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, yeni əskinasların dəyəri isə 11 dollar (9 funt sterlinq) olacaq. Argentinada inflyasiya 1991-ci ildən bu yana isə ən sürətli şəkildə artıb.

Ən böyük cari 1.000 pesonun dəyəri isə alternativ bazarlarda 2.70 dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır