Argentinanın Mərkəzi Bankı faiz dərəcələrini rekord həddə artırdı

Argentinanın Mərkəzi Bankı özünün əsas faiz dərəcələrini 69.5%-ə yüksəldib, bu isə bankın inflyasiyanı nəzarətdə saxlamaq cəhdi ilə bağlıdır. Bank 28 günlük bençmark dərəcəsini 9.5% bəndi yüksəldib ki, bu da bir neçə həftə ərzində ikinci artımdır.

BBN.az BBC.com-a istinadən xəbər verir ki, Mərkəzi Bank bu addımı o vaxt atıb ki, ölkədə inflyasiya son 20 ildə 70%-dən çox yüksəlib. Rəqəmlər ABŞ-ın son məlumatlarının inflyasiyanın azaldığını göstərməsindən sonra qiymət artımının zirvəyə çatdığına dair ümidləri puç edib.

Bankın açıqlamasında deyilib ki, faiz dərəcələrinin artırılması ilin geridə qalan yarısı üçün inflyasiya gözləntilərini azaltmağa kömək edəcək. Mərkəzi Bankın son addımı faiz dərəcələrini 2 həftə əvvəl 8% artırmasından və ilin 8-ci faiz artımından sonra atılıb. 

Ölkənin inflyasiya dərəcəsi ilə bağlı proqnozu isə budur ki, ilin sonunadək rəqəm 90%-i keçəcək. Qiymətləri nəzarətdə saxlamaq, yüksək borc səviyyəsini həll etmək, dövlət xərcləmələrinə nəzarət etmək Cənubi Amerikanın ikinci ən böyük iqtisadiyyatına malik olan Argentinanın İqtisadiyyat naziri Sergio Massa-nın gündəliyində olan prioritetlərindəndir. 

Bu ilin əvvəlində isə Argentina hökuməti International Monetary Fund-dan aldığı 44 milyard dollar borcunu ödəyə bilməmiş və defolt elan etmişdi. Daha öncə də bildirdiyimiz kimi Dünya Bankı özünün bloqunda qeyd edirdi ki, ölkənin pul vahidi Argentina pesosu dollar qarşısında ilin əvvəlindən bu yana 28.89% dəyər itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır