Home » ASA ilə Medianın İnkişafı Agentliyi arasında görüş keçirilib

ASA ilə Medianın İnkişafı Agentliyi arasında görüş keçirilib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov arasında görüş keçirilib.

ASA-dan verilən məlumata görə görüşdə media qurumları ilə sığorta sektoru arasındakı mövcud münasibətlər və yeni imkanlar müzakirə edilib.

ASA-nın İcraçı direktoru Elmar Mirsalayev görüşdə son illər sığorta sektorunda aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən danışıb, ölkədə həyata keçirilən sığorta maarifləndirməsi layihəsi haqqında məlumat verib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov da öz növbəsində sığorta sektorunun inkişafı istiqamətində görülən işləri maraqla qarşıladığını bildirib. Sığorta sektorunun media ilə qurduğu əlaqələri uğurlu hesab edərək yüksək qiymətləndirib.

Görüşün sonunda, ənənəvi və yeni medianın peşəkar əsaslarla inkişafına, habelə media qurumları vasitəsilə sığorta maarifləndirməsi işlərinin aparılmasına göstərilən dəstəyə görə ASA tərəfindən təsis olunmuş xüsusi mükafat Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılova təqdim olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.