Home » Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilib

Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilib

by Aytac
0 comments 0 views 1 minutes read

Astanada “TDT dövlətləri arasında iqtisadi inteqrasiya və əməkdaşlıq: sənaye, kənd təsərrüfatı, logistika və rəqəmsallaşmanın yeni imkanları” adlı biznes-forum keçirilib. Ölkəmizi tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyası təmsil edib.

Tədbir çərçivəsində türkdilli ölkələr arasında praktik iqtisadi əməkdaşlığın inkişafına yönələn bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. İmzalanan sənədlərdən biri Qazaxıstanın “Atameken” Milli Sahibkarlar Palatası ilə Türk İnvestisiya Fondu arasında əməkdaşlıq haqqında saziş olub. Sənəd investisiya əməkdaşlığının genişləndirilməsini və regionda birgə layihələrin dəstəklənməsini nəzərdə tutur.
Bundan əlavə, Türk Dövlətlərinin Ticarət və Sənaye Palataları Birliyi (TCCI), Qazaxıstanın Xarici Ticarət Palatası və Milli Kooperativlər və Digər İqtisadi Birliklər Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

İmzalanan sənədlər biznes strukturları arasında praktik qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, kooperasiyanın inkişafına, eləcə də türk dünyası ölkələrinin investisiya və ticarət imkanlarının genişləndirilməsinə yönəlib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.