Home » “Atabank” və “Amrahbank”ın əmanətçilərinə kompensasiyanın verilməsinə başlanır

“Atabank” və “Amrahbank”ın əmanətçilərinə kompensasiyanın verilməsinə başlanır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Mərkəzi Bankının aprelin 28-də lisenziyalarını ləğv etdiyi “Amrah Bank” və “Atabank” ASC-lərdə sığorta hadisəsi “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq 28 aprel müəyyən edilib.

Bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) açıqlamasında bildirilir.

BBN.AZ-a verilən məlumata əsasən, Fondun Himayəçilik Şurasının qərarına əsasən qorunan əmanətlərin qaytarılması üçün agent-bank qismində “Kapital Bank” ASC seçilib.

Kompensasiyalar nağdsız qaydada, agent-bankın adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək. “Kapital Bank”ın filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq.

Belə ki, iyunun 1-dən başlayaraq 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, iyulun 1-dən başlayaraq isə 30 min manat ekvivalentindən çox olan əmanətlər üzrə kompensasiyaların verilməsi nəzərdə tutulub. ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.