1
Avropa Ədalət Məhkəməsi Google və Alphabet şirkətlərinin Aİ Komissiyasının cəriməsinə qarşı qaldırdığı iş üzrə qərarını açıqlayıb.
BBN.az xəbər verir ki, məhkəmə Google və Alphabet-in etirazını rədd etdi və şirkətin özünün müqayisəli alış-veriş xidmətinə imtiyazlar verməklə dominant mövqeyindən sui-istifadə etməsi səbəbiylə tətbiq edilən 2,4 milyard avro cəriməni təsdiqlədi. Avropa Ədalət Məhkəməsi Google-un öz alış-veriş axtarış nəticələrini rəqib xidmətlərə nisbətən önə çıxarmasını ayrı-seçkilik olduğuna qərar verib.