Avropa qışda gözlənilən təbii qaz böhranına necə hazırlaşır?

Von der Leyen: Avropanın həmrəylik nümayiş etdirməyinə ehtiyac var.

Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen deyib ki, Avropa ölkələrinin bir-birilərinə həmrəylik nümayiş etdirməyinə ehtiyac var. Rusiya təbii qazından asılı olmayan üzv dövlətlərdən tədarükü azalanlara köməklik göstərmələri xahiş edilir.

Ursula Von der Leyen bazar ertəsi günü dərc edilən müsahibəsində deyib ki, Rusiya təbii qazından asılı olmayan Aİ ölkələrin tədarükü azalan ölkələrə (Aİ-yə daxil olan-red.) qış üçün təbii qaz təchizatı ilə bağlı həmrəylik nümayiş etdirmələrinə ehtiyac var.

O, dpa xəbər agentliyinə deyib ki, hətta Rusiya təbii qazını almayan ölkələr belə daxili bazarda baş verən potensial təchizat dayandırılmasının təsirlərindən xilas ola bilməz. Komissiyanın prezidenti əlavə edib ki, Aİ ölkələrin iqtisadiyyatları bir-birinə sıx bağlıdır, hətta Almaniyada olan təbii qaz böhranı digər milli iqtisadiyyatlara da təsir edəcək. Buna görə də, bütün üzvlərin tələbi tarazlaşdırması, ehtiyat saxlaması və onu böhrandan təsir görəcək üzvlər ilə paylaşması olduqca əhəmiyyətlidir. 

Aİ ölkələri qışda gözlənilən təbii qaz böhranına necə hazırlaşır?

Çərşənbə axşamı Aİ energetika nazirlərinin xüsus görüşündə qışda Rusiyanın qismən və yaxud tamamilə təbii qaz təchizatını dayandırmasından sonra gözlənilən təbii qaz böhranı ilə bağlı müzakirələr aparılması planlaşdırılır.

Aİ rəsmiləri və Avropa liderləri Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına zərbə vurması və ölkənin Ukraynaya qarşı müharibəsindən itkilərin artması fonunda qazın məhdudlaşdırılması ehtimalından ciddi narahat olduqlarını bildiriblər.

Avropa Komissiyası Aİ ölkələrinin avqustun 1-dən martın 31-dək təbii qaz istehlakının 15% azaldılmasını görmək istəyir. Portuqaliya və İspaniya yeni tələbə etiraz etdilər və bildirdilər ki, onlar zəruri olan qədər təbii qazdan istifadə edirlər. Aİ həmçinin təbii qaz istehlakının azaldılması ilə bağlı əlavə tədbirləri mümkün etmək istəyir. 

Şübhəsizdir ki, bu cür təkliflər böyük müqavimət ilə qarşılaşacaq, amma Von de Leyen mümkün razılığa gələ biləcəklərinə əminliyini ifadə edib.

Almaniya qışa necə hazırlaşır?

Almaniyanın Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller deyib ki, hazırda təbii qaz təchizatı ilə bağlı ehtiyat kifayət qədərdir. O, Twitter sosial şəbəkəsində yazıb ki, “nəhayət ki, təbii qaz tədarükü müvafiq səviyyəyə çatıb”. 

İyulun 23-də tədarük 65,91%-dir, hazırda isə məsələ sentyabrın 1-ə qədər 75%-lik kvotaya çatmaqdır. Almaniyanın təbii qaz tədarükü Nord Stream 1-dən gələn təbii qazın yenilənmə ilə bağlı dayandırılmasından sonra aşağı səviyyədə qalmağa davam etdi.  Qışda potensial belə bir vəziyyətin qarşısını almaq üçün Almaniya hazırki rəqəmdən mümkün qədər çox təbii qaz tədarük etmək niyyətindədir. 

Yerli əhali isə deyir ki, onlar Rusiya prezidentinə inanmırlar, hər an təbii qaz axınını kəsə bilər. Amma Almaniya hökuməti ümid edir ki noyabrın 1-dək təbii qaz təchizatı 95%-ə çatsın.

Mənbə: DW Business

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır