Avropada işsizlik azalıb

Avropa Birliyinə daxil olan ölkələrdə 2019-cu ilin noyabr ayı üçün mövsümi olaraq tənzimlənən işsizlik 6.3% olub. Qeyd edək ki, 2018-ci ilin müvafiq ayında bu göstərici 6.6% olub. Avrozona ölkələri üçün isə 2019-cu ilin noyabr ayının işsizlik rəqəmi 2018-ci ilə nisbətdə 0.4% azalaraq 1.2% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.

Sözügedən dövr üçün ən yüksək işsizlik göstəriciləri Yunanıstan (16.8%) və İspaniyada (14.1%), ən aşağı göstərici isə Çexiyada (2.2%) qeydə alınıb.

Amerika Birləşmiş Ştatlarında isə sözügedən dövrdə işsizlik göstəricisi 3.6%-dən 3.5%-ə enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır