Home » Avropada işsizlik azalmaqdadır

Avropada işsizlik azalmaqdadır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avropa Birliyinə daxil olan ölkələrdə yanvar ayı üçün mövsümi olaraq tənzimlənən işsizlik 6.6% olub. Qeyd edək ki, 2019-cu ilin müvafiq ayında bu göstərici 6.9% olub. Avrozona ölkələri üçün isə yanvar ayına olan işsizlik göstəricisi 2019-cu ilin yanvar ayına nisbətdə 0.4% azalaraq 7.4% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.

Sözügedən dövr üçün ən yüksək işsizlik göstəriciləri Yunanıstan (16.5%) və İspaniyada (13.7%), ən aşağı göstərici isə Çexiyada (2.0%) qeydə alınıb.

Amerika Birləşmiş Ştatlarında isə sözügedən dövrdə işsizlik göstəricisi 3.5%-dən 3.6%-ə qalxıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.