Avropada pərakəndə ticarət həcmi artıb

Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) yanvar ayında Avropada pərakəndə ticarətin həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, pərakəndə ticarət həcmi dekabr ayına nisbətdə Avrozonada (19 ölkə) 0.2%, Avropa Birliyi ölkələrində (27 ölkə) isə 0.6% artıb.

2021-ci ilin yanvar ayı göstəriciləri ilə müqayisə etdikdə, Avropa Birliyi ölkələrində 8.3%-lik, Avrozonada isə 7.8%-lik artım müşahidə olunub.

Dekabr ayına nəzərən pərakəndə ticarət göstəricilərində ən böyük  artım Sloveniyada (32.3%) müşahidə olunub. Ən böyük geriləmə isə Finlandiyada (-2.4%) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır