Home » Avrozonada iqtisadiyyata inam azalıb

Avrozonada iqtisadiyyata inam azalıb

by yunus
0 comments 0 views 1 minutes read

Avrozonada iqtisadi inam indeksi aprel ayında aylıq 1,4 bənd azalaraq 93,6-ya düşüb.

BBN.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının açıqladığı iş və istehlakçı sorğusunun nəticələrinə əsasən, iqtisadi inam indeksi aylıq müqayisədə 1,4 bənd geriləyərək 93,6 səviyyəsinə enib.

Avropa İttifaqı (Aİ) üzrə göstəricilər də oxşar tendensiya sərgiləyib – indeks 1,4 bənd azalaraq 94,4-ə düşüb.

Maraqlıdır ki, bazar iştirakçılarının gözləntiləri Avrozonada indeksin 94,5 bənd səviyyəsində olacağı istiqamətində idi. Açıqlanan faktiki rəqəmlər bu proqnozları doğrultmayaraq iqtisadi inamda gözləniləndən daha kəskin zəifləməni ortaya qoyub.

Aprel ayında istehlakçı inamı da mənfi meyillə davam edib. Avrozonada istehlakçı inam indeksi mənfi 14,5-dən mənfi 16,7-yə, Aİ-də isə mənfi 16 səviyyəsinə düşüb. Bu da vətəndaşların iqtisadi vəziyyətə dair daha ehtiyatlı və pessimist mövqe tutduğunu göstərir.

 

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.