Avstraliyada 2023-cü ilin III rübündə inflyasiya səviyyəsi 5,4% ilə gözləniləndən bir qədər yüksək olub.
BBN.az xəbər verir ki, Avstraliyanın istehlak qiymətləri indeksi üçüncü rübdə illik 5,4 faiz artıb. Bu, iqtisadçıların gözlədiyi 5,3 faizdən yuxarı, lakin ikinci rübdə qeydə alınan 6 faizdən aşağı olub.
Avstraliya Mərkəzi Bankının noyabrın 3-də verdiyi pul siyasəti qərarından əvvəl məlumatlar göstərib ki, ardıcıl III rübdür ki, inflyasiya yüksəlməyə davam edib.
Ölkənin statistika bürosu isə qeyd edilən dövrdə inflyasiyanın artımını isə yanacağın qiymətlərinin artması ilə əlaqələndirib. Bundan əlavə, elektrik enerjisi və kirayə qiymətləri hər il müvafiq olaraq 4,2 faiz və 2,2 faiz artdığı bildirilib.