Home » ING: Neftin qiyməti mənfi ssenaridə 121 dollara çata bilər

ING: Neftin qiyməti mənfi ssenaridə 121 dollara çata bilər

by yunus
0 comments 0 views 1 minutes read

Brent markalı neftin baza ssenarisi üzrə orta qiyməti 2026-cı ildə 89 dollar/barel, 2027-ci ildə isə 77 dollar/barel səviyyəsində nəzərdə tutulur.

BBN.az xəbər verir ki, Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” qlobal enerji bazarları üzrə proqnozunu yeniləyib və neft qiymətləri üzrə gözləntilərini artırıb.

Hesabata əsasən, mənfi ssenaridə isə neft qiymətləri daha yüksək səviyyəyə çata bilər. Belə ki, 2026-cı ildə Brent neftinin qiymətinin 121 dollar/barelə, 2027-ci ildə isə 97 dollar/barelə yüksələcəyi ehtimal edilir.

Eyni zamanda vurğulanır ki, bu dinamika enerji ixrac edən ölkələrin gəlirlərinə müsbət təsir göstərir, lakin qlobal inflyasiya təzyiqlərini də gücləndirə bilər.

Qeyd edək ki, neft qiymətləri üzrə yeni proqnozlar qlobal iqtisadi və geosiyasi risklərin davam etdiyi şəraitdə formalaşdırılıb.

apa

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.