

Mərkəzi Bank tərəfindən fevral ayının sonunadək əldə edilmiş məlumatlar əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə (2022-ci ilin mart və 2023-cü il fevral dövrünü əhatə edən) “şikayət indeksi” açıqlanıb.
Mərkəzi Bank tərəfindən bildirilib ki, İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.
Qeyd edək ki, şikayət indeksi üzrə belə nəticəyə gəlmək olar ki, qeyd edilən portfel üzrə xidmət səviyyəsinin yaxşı olduğu sığorta şirkətləri “Xalq Sığorta”, “Meqa Sığorta”, “Qala Sığorta”, “PAŞA Sığorta”, “Naxçıvansığorta” ASC olub.
Aşağıdakı linkə keçid etməklə “şikayət indeksi” ilə bağlı məlumat əldə etmək olar.