Home » Azərbaycan Bank Tədris Mərkəzinin direktoru III “Aqrobiznesin İnkişafı Forumu”nda çıxış etmişdir – Foto

Azərbaycan Bank Tədris Mərkəzinin direktoru III “Aqrobiznesin İnkişafı Forumu”nda çıxış etmişdir – Foto

by ulviyya
0 rəy 18 baxış 1 dəqiqə oxuma

29 mart 2024-cü il tarixində Quba şəhərində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə III “Aqrobiznesin İnkişafı Forumu” keçirilmişdir.

Forumda Azərbaycan Banklar Assosiasiyasının (ABA) Baş iqtisadçısı, eyni zamanda Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Əzizağa Haxverdiyev “Bankların öz vəsaiti hesabına kreditləşmə potensialı” mövzusunda çıxışı etmişdir.

Eyni zamanda digər panellərdə aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, bank sektorunda aqrobiznesin maliyyələşdirilməsi təcrübəsi, maliyyə alətləri, risklər və onların tənzimlənməsi ilə bağlı təkliflər, aqrar sahədə sahibkarlığın inkişafı, çətinliklər və imkanlar, aqrar sahənin inkişafında dövlətin rolu, dövlət dəstəyi tədbirlərinin təkmilləşdirilməsi istiqamətləri barədə müzakirələr aparılmışdır.

Həmçinin paralel sessiyada xarici mütəxəssis tərəfindən müvəkkil təşkilatlarının əməkdaşları üçün kənd təsərrüfatı kreditləri ilə işin təşkili mövzusunda təqdimat olunmuşdur.

Əlavə edək ki, artıq üçüncü ildir təşkil olunan forumun keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.