Azərbaycan Banklar Assosiasiyası tərəfindən bank əməkdaşları üçün növbəti vebinar keçirilmişdir

Məlum olduğu kimi, Azərbaycan Banklar Assosiasiyası(ABA) tərəfindən bank əməkdaşları üçün xarici ekspertlərin iştirakı ilə davamlı olaraq vebinarlar təşkil edilir.

Bu tədbirlərin davamı olaraq, “Check-up Online” şirkəti ilə birgə ABA-ya üzv bankların əməkdaşları üçün girovların və digər aktivlərin məsafədən monitorinqi ilə bağlı proqram təminatı haqqında növbəti vebinar 2 aprel 2021-ci il tarixində təşkil edilmişdir.

Rus dilində keçirilmiş vebinarda “Check-up Online” şirkətinin təsisçisi Aleksey Muraşko proqram təminatının verdiyi üstünlüklər və imkanları haqqında məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır