Home » Azərbaycan bank əməkdaşları təcrübə mübadiləsi üçün Rusiyaya səfər ediblər – Foto

Azərbaycan bank əməkdaşları təcrübə mübadiləsi üçün Rusiyaya səfər ediblər – Foto

by ulviyya
0 rəy 32 baxış 2 dəqiqə oxuma

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Rusiya Banklar Assosiasiyasının dəstəyi ilə 28-31 may 2024-cü il tarixlərində ABA-nın “Kredit işi Ekspert Qrupu”nun Moskva səfərinə təcrübə mübadiləsi məqsədi ilə səfəri baş tutub.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olublar:

Biznes kreditləşməsi istiqamətində:

1) Kredit qərarlarının qəbulunu dəstəkləyən analitik sistemlər;

2) Kreditin rəsmiləşdirilməsi və verilməsi prosesində rəqəmsallaşma, müştərilərin rəqəmsal qeydiyyat prosesi;

3) KOS-lar üçün mikrokreditlər və digər kreditlər üzrə yeni məhsullar;

4) Mikrokreditlərin və KOS-ların kreditləşdirilməsi prosesinin təhlili, anderraytinqə və kreditləşmə mexanizminə yanaşma;

5) Kənd təsərrüfatı kreditləri;

6) Kreditin verilməsi prosesi və mexanizmi;

7) Kredit risklərinin və ümumilikdə risklərin idarə edilməsinə korporativ yanaşma;

8) Güzəştli maliyyələşdirmə mexanizmləri, dövlət zəmanəti və subsidiyalaşdırma şərtləri;

9) KOS kreditləşməsində “time to cash”in azaldılması yolları.

Pərakəndə bankçılıq istiqamətində:

1) İstehlak kreditlərindəki yeni trendlər və bu tip kredit məhsullarının inkişaf perspektivləri;

2) İstehlak kreditlərinin verilməsində “agile” yanaşma;

3) Yeni kredit məhsullarının formalaşdırılmasında müasir yanaşma;

4) Kredit məhsullarının formalaşdırılmasında iştirak edən komanda bacarıqlarının artırılması yolları;

5) Müştəri xidmətlərinin inkişafında “agile” təcrübə;

6) Kreditlərin rəsmiləşdirilməsi prosesinin inkişafı yolları, yeni texnologiyalar və metodlar;

7) Satış kanallarının inkişafı yolları və onların effektivliyinin qiymətləndirilməsi yolları;

8) Bank məhsullarının marketinqi və yeni müştərilərin cəlb edilməsində rəqəmsal yanaşma;

9) Satış komandasının bilik və bacarıqlarının artırılması yolları – “agile” yanaşma;

10) Maliyyə texnologiyaları ekosistemi – yeni bazar oyunçuları ilə birgə fəaliyyət imkanları;

11) Texnologiyanın satışa inteqrasiyası – CRM və mobil tətbiqlər;

12) Müştəri davranışının təhlili, istehlak kreditlərində tətbiq edilən təhlil metodlarının optimallaşdırılması;

13) Kredit xətlərinin idarəedilməsi;

14) “Marketplace” və “BNPL” (Buy Now, Pay Later) kreditləşməsi şərtləri, risk yanaşması və tətbiq edilən modellər.

40 nəfərlik iştirakçı qrupu ilə təşkil edilən səfər çərçivəsində aşağıdakı bankların nümayəndələri ilə görüşlər baş tutub.

  1. “Sberbank”
  2. “Tinkoff”
  3. “Alfa Bank”
  4. “VTB Bank”

“Sberbank”la görüş zamanı isə bankın idarə heyətinin sədri Gref German nümayəndə heyətini qəbul edib və sualları cavablandırıb.

Qeyd edək ki, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.