Home » Azərbaycan banklarının xalis mənfəəti 858,7 milyon manata çatıb

Azərbaycan banklarının xalis mənfəəti 858,7 milyon manata çatıb

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 858,7 milyon manat xalis mənfəət əldə edib.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,8% çoxdur.

Hesabat dövründə bankların əməliyyat gəlirləri illik müqayisədə 13,25% artaraq 4 milyard 403 milyon manata çatıb. Əməliyyat xərcləri isə 9,25% artaraq 3 milyard 57,1 milyon manat təşkil edib.

7 ay ərzində bankların xüsusi ehtiyatlara ayırmaları 13% artaraq 273,4 milyon manata, mənfəət vergisi üzrə ödənişləri isə 28,8% artaraq 213,4 milyon manata yüksəlib.

Bank sektorunun gözlənilməz xərcləri isə 0,3 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu maddə üzrə gəlir qeydə alınmışdı.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.