
15 oktyabr 2025-ci il tarixində “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun üzvləri ilə görüş keçirilib.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində keçirilən növbəti görüş zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının operatoru olduğu Banklararası Kart Mərkəzində avtorizasiya sorğuları, klirinq/hesablaşma üzrə tətbiq edilməsi təklif edilən xidmət haqları, habelə QR kodla aparılan ödəniş əməliyyatları üzrə tətbiq ediləcək xidmət haqlarının müzakirəsi keçirilmişdir.
Müzakirələr zamanı, tətbiq ediləcək xidmət haqlarının hesablanması metodologiyasının açıqlanması və normativ hüquqi sənədlərdə təsdiq edilməsi zərurəti qeyd edilmişdir.







