Home » Azərbaycan Çin ilə investisiya əməkdaşlığına dair saziş imzalayıb

Azərbaycan Çin ilə investisiya əməkdaşlığına dair saziş imzalayıb

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

“Azərbaycan İqtisadiyyat Nazirliyi və Çinin Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi” imzalanıb.

BBN.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsində yazıb.

Nazir qeyd edib ki, saziş Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cenq Şanciye ilə görüşdə imzalanıb. Onun sözlərinə görə, sazişin icrası ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsinə və investisiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.

“C.Şanciye ilə görüşdə Azərbaycan-Çin iqtisadi münasibətlərinin inkişafı istiqamətində reallaşdırılan təşəbbüslər, ölkəmizin “Bir kəmər, bir yol” layihəsində iştirakı, qarşılıqlı investisiyaların təşviqi və əməkdaşlığın möhkəmləndirilməsi barədə fikirlərimizi bölüşdük”, – M.Cabbarov bildirib.

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti hazırda Çində rəsmi səfərdədir. Səfər çərçivəsində Pekində Azərbaycan Ticarət Evinin açılış mərasimi və digər tədbirlər nəzərdə tutulub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.