Home » Azərbaycan Mərkəzi Bankı və Visa kibertəhlükəsizlik və ödənişlərin təhlükəsizliyinə dair jurnalistlər üçün təlim keçirtdilər – Foto

Azərbaycan Mərkəzi Bankı və Visa kibertəhlükəsizlik və ödənişlərin təhlükəsizliyinə dair jurnalistlər üçün təlim keçirtdilər – Foto

by ulviyya
0 rəy 1 baxış 2 dəqiqə oxuma

Bakıda Azərbaycan Respublikasının Mərkəzi Bankı və rəqəmsal ödəmələrdə qlobal lider olan Visa şirkəti tərəfindən təşkil edilmiş ödəmələrdə dələduzluğun qarşısının alınması məsələsinə həsr edilmiş jurnalistlər üçün praktiki təlim keçirildi.

Bir günlük təlimdə Mərkəzi Bankın və Visa şirkətinin aparıcı ekspertləri, eləcə də müstəqil jurnalistlər KİV-lərin nümayəndələri ilə bilikləri ilə bölüşdülər. Təlimin iştirakçıları qeyd etdilər ki, Azərbaycan rəqəmsallaşma templərinə görə regionda lider ölkələr sırasındadır. Lakin rəqəmsallaşma və elektron ticarətin sürətli artımı ilə paralel olaraq internetdə dələduzların fəallığı da artır. Bununla əlaqədar, Azərbaycan Respublikasının Mərkəzi Bankı və ölkə hökuməti davamlı olaraq rəqəmsal ödəmələrdə təhlükəsizliyi möhkəmləndirmək istiqamətində iş görürlər.

 AMB-nin Baş direktoru Fərid Osmanov isə bildirib ki, kibertəhlükəsizlik qurumun diqqət mərkəzindədir: “Maliyyə bazarı iştirakçılarının informasiya təhlükəsizliyinin qorunması və kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində normativ-metodoloji baza inkişaf etdirilir. Bu istiqamətdə qəbul edilmiş strategiya sektorda kibertəhdidlərin tənzimlənməsi, preventiv olaraq qarşısının alınması məsələlərini özündə ehtiva edir”.

Təlimdə Visa nümayəndələri dələduzluqla mübarizə sahəsində beynəlxalq təcrübəni təqdim etdilər. Ekspertlər maliyyə və bank kibertəhlükəsizliyi mövzusunda ən son qlobal tədqiqatlar, istifadəçi məlumatlarının müdafiəsində yeni tendensiyalar barədə danışdılar, habelə kibertəhlükəsizliyin işıqlandırılmasında KİV-lərin rolu və məsuliyyəti və auditoriyanı kibertəhlükələrdən qorumaq üsulları haqqında bəhs etdilər.

“İstifadəçilərin rəqəmsal əməliyyatlarının təhlükəsizliyi və bəd əməllərin, cinayət cəhdlərinin qarşısının alınması başlıca prioritetlərimiz arasındadır. Kütləvi informasiya vasitələrinin əməkdaşları üçün dələduzluqla mübarizəyə həsr olunmuş intensiv kursun keçirilməsində Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə məmnuniyyətlə əməkdaşlıq edirik. Nəzərə alaraq ki, rəqəmsallaşma səviyyəsi və kibertəhlükəsizlik riskləri ildən ilə artır, biz böyük həvəslə təcrübəmizlə bölüşürük və yeni biliklərə yol açırıq. Məqsədimiz Azərbaycanlı mütəxəssislərə kibertəhlükəsizlik və ödənişlərin təhlükəsizliyi sahələrində öz bacarıqlarını artırmaqda kömək etməkdir,” – deyərək Visa-nın Azərbaycan üzrə baş direktoru və regional meneceri Nurlan Hacıyev qeyd etdi. 

Son 5 ildə Visa şəbəkə təhlükəsizliyinə 10 milyard ABŞ dollarından artıq yatırımlar edib. Şirkətdə Visa şəbəkəsini zərərli proqramlardan, sıfrıncı gün hücumlarından və daxili təhlükələrdən qoruyan 1000-dən çox mütəxəssis çalışır.

Visa həmçinin süni intellekt imkanlarından istifadə etməklə və öz ekosisteminin qorunması üçün daima mütəxəssislərlə əlaqədə işləməklə toplam dəyəri milyardlarla dollarla ölçülən dələduzluq cəhdlərini qabaqcadan aşkar edir və onların qarşısını alır.

Visa haqqında məlumat

Visa (NYSE: V)[1] rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla visa.com.az saytında tanış ola bilərsiniz.

[1] Nyu-York fond birjasında V simvolu ilə tanınır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.