

Azərbaycan Mərkəzi Bankına (AMB) sədrin müşaviri və 4 (dörd) baş direktor vəzifələrinə təyinat olub.
BBN.az–a bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, AMB-nın baş direktoru Ziya Əliyev qurumun sədrinin müşaviri təyin edilib. Ziya Əliyevi bu vəzifədə qurumun Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov əvəzləyib. Bundan başqa, Anar Mansurov, Elrad Seydiyev və Tərlan Rəsulov yeni baş direktorlar təyin ediliblər.
Beləliklə MB-nin baş direktorlarının sayı 9-a çatıb.
Nəzərə çatdıraq ki, bu günə kimi A.Mansurov Maliyyə idarəetməsi departamentinin, E.Seydiyev Maliyyə bazarlarında əməliyyatlar departamentinin, T.Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin direktorları vəzifəsində çalışırdılar.