0
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 0,58 ABŞ dolları, yaxud 0,68% azalaraq 84,48 ABŞ dolları təşkil edib.
BBN.az bu barədə neft bazarındakı mənbəyə əsasən xəbər verir.
Hərracların nəticələrinə görə “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 83,46 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.