Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

29 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət qeydiyyat №-si50302696S
Hərraca çıxarılan həcm30,000,000 manat
Notun nominal dəyəri100 manat
Notların tədavül müddəti168 gün
Ödəmə tarixi14.10.2022

Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyri-rəqabətli) olmamalıdır və verilmiş sifarişlərin nominal məbləği hərraca çıxarılmış notların həcmindən artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir. Təqdim olunan sifarişlər üzrə qiymət diapozonu  məhdudiyyəti tətbiq olunmur.

Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır