Home » Azərbaycan sığorta bazarının əsas çağırışları açıqlanıb

Azərbaycan sığorta bazarının əsas çağırışları açıqlanıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan sığorta bazarının qarşısında duran əsas çağırışlar kibertəhlükəsizlik, qanunvericiliyin çevikliyi və rəqəmsal savadlılıqdır. Bunu “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin Müşahidə Şurasının və Türk Dünyası Sığorta Birliyinin sədri Ülviyyə Cabbarova Bakıda keçirilən “Türk Dövlətləri InsurTech Sammiti 2025”də bildirib.

Onun sözlərinə görə, rəqəmsallaşma yalnız texnologiyaların tətbiqi deyil, həm də sığorta ekosisteminin transformasiyası deməkdir:

“Süni intellekt, maşın öyrənməsi və böyük verilənlər artıq dəstək vasitəsi deyil, strateji dəyər yaradan əsas faktor kimi çıxış edir. Bu texnologiyalar əməliyyatların optimallaşdırılmasına, xərclərin azalmasına, müştəri təcrübəsinin fərdiləşdirilməsinə və qərarların sürətlə qəbul edilməsinə imkan yaradır.”

Ü. Cabbarova əlavə edib ki, Türk dünyasının sığorta sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub:

“InsurTech çərçivəsində qarşılıqlı əməkdaşlıq, birgə layihələr və bilik mübadiləsi bazarların böyüməsinə, yeni məhsul modellərinin yaranmasına və kapitalın daha səmərəli idarə olunmasına mühüm təsir göstərəcək.”

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.