
Azərbaycan Respublikası Hökuməti və arasında “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi in bugünkü plenar iclasında bir oxunuşda qəbul edilib.
Saziş 9 iyul 2025-ci il tarixində Əbu-Dabi şəhərində imzalanıb. Sənədin əsas məqsədi iki ölkə arasında ticarət və investisiya əlaqələrini genişləndirmək, ticarət maneələrini azaltmaq, qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək və sabit hüquqi çərçivə formalaşdırmaqdır.
Saziş 18 fəsildən və bir sıra əlavələrdən ibarətdir. Onun məzmunu müasir azad ticarət və hərtərəfli iqtisadi tərəfdaşlıq sazişlərinin beynəlxalq standartlarına uyğun hazırlanıb.
Sənəddə malların və xidmətlərin ticarəti, investisiyalar, gömrük prosedurlarının sadələşdirilməsi, dövlət satınalmaları, rəqəmsal ticarət, əqli mülkiyyət hüquqları, kiçik və orta sahibkarlığın dəstəklənməsi, mübahisələrin həlli mexanizmləri və digər vacib istiqamətlər üzrə əhatəli razılaşmalar yer alıb.
Sazişə əsasən, tərəflər arasında gömrük rüsumlarının azaldılması və ya aradan qaldırılması, ticarət prosedurlarının asanlaşdırılması, texniki və sanitar-fitosanitar normaların beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulur. Xidmət sektorunda şəffaflıq və bazara çıxış imkanları artırılacaq, investisiyaların qorunması və təşviqi, dövlət satınalmalarında qarşılıqlı bazara çıxış kimi məsələlər tənzimlənəcək.
Sənəd həmçinin əqli mülkiyyət hüquqlarının beynəlxalq standartlara uyğun qorunmasını təmin edir və tərəflər arasında yarana biləcək mübahisələrin məsləhətləşmələr və xüsusi panel prosedurları vasitəsilə həlli mexanizmini müəyyənləşdirir.
Azərbaycan və BƏƏ arasında imzalanmış bu Saziş iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsi, həmçinin uzunmüddətli strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.







