Home » Azərbaycan və Özbəkistan vergi sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Özbəkistan vergi sahəsində əməkdaşlığı genişləndirəcək

by anar
0 comments 0 views 1 minutes read

İyunun 18-də Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Özbəkistan Respublikasının Dövlət Vergi Komitəsinin sədri Şerzod Kudbiyev ilə görüşüb.

Görüşdə iki ölkənin vergi administrasiyaları arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər rəqəmsal texnologiyaların tətbiqi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə münasibətlərdə şəffaflığın artırılması sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

DVX rəisi Azərbaycan və Özbəkistan arasında vergi sahəsində formalaşan əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini vurğulayıb. Orxan Nəzərli vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşma istiqamətində həyata keçirilən islahatların qarşılıqlı maraq doğurduğunu, bu sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı ola biləcəyini qeyd edib.

Özbəkistan Dövlət Vergi Komitəsinin sədri Şerzod Kudbiyev isə Azərbaycanın son illərdə vergi sahəsində həyata keçirdiyi islahatları təqdir etdiyini bildirib və bu təcrübədən faydalanmaqda maraqlı olduqlarını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.