Home » Azərbaycanda bankların nağd ABŞ dolları alqı-satqısının həcmi 25%-ə yaxın azalıb

Azərbaycanda bankların nağd ABŞ dolları alqı-satqısının həcmi 25%-ə yaxın azalıb

by yunus
0 comments 0 views 1 minutes read

2025-ci ilin ilk rübündə bankların nağd valyuta əməliyyatlarında azalma müşahidə olunub

BBN.az xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən həyata keçirilən nağd ABŞ dolları alqı-satqısı əməliyyatlarının ümumi həcmi 965,2 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlara əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,7% və ya 317,4 milyon dollar azalıb.

Hesabat dövründə banklar tərəfindən nağd dolların alışı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,3% artaraq 373,3 milyon dollar, satışı isə 36,4% azalaraq 591,9 milyon dollar olub.

Nağd avro üzrə əməliyyatlarda isə artım qeydə alınıb. Belə ki, cari ilin ilk rübündə bankların avro alışı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 53 milyon dollar, satışı isə 11,5% artaraq 50,1 milyon dollar səviyyəsində formalaşıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.