Home » Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 3 %-ə yaxın artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 3 %-ə yaxın artıb

by yunus
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar-iyul aylarında ölkədə hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 2 milyon 282 min nəfərə çatıb.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 72 min nəfər və ya 2,7 % artım deməkdir.

Sözügedən dövrdə sərnişin daşımalarının 99,9 %-i dövlətə məxsus hava nəqliyyatı ilə, cəmi 0,1 %-i isə özəl sektorun nəqliyyat vasitələri ilə həyata keçirilib.

Eyni zamanda, hava nəqliyyatı ilə yükdaşımalarda azalma müşahidə olunub. Belə ki, hesabat müddətində bu nəqliyyat növü ilə daşınan yüklərin həcmi 4,2 % və ya 9,9 min ton azalaraq 223,5 min tona enib.

Ümumilikdə isə 2025-ci ilin yeddi ayında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 136,9 milyon ton yük daşınıb ki, bunun da 0,2 %-i hava nəqliyyatının payına düşür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.