
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “İnvestra Kredit İttifaqı” MMC-yə fəaliyyət göstərmək üçün lisenziya verilib.
Bu barədə AMB məlumat yayıb.
Bununla da Azərbaycanda lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya yüksəlib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnvestra Kredit İttifaqı”nı 2025-ci ilin dekabr ayında dövlət qeydiyyatına alıb.
Kredit ittifaqının hüquqi ünvanı Masallı şəhəri, Səməd Vurğun küçəsi, ev 4, döngə 1-dir. Nizamnamə kapitalı 4 004 manat, qanuni təmsilçisi isə Əliqismət Ocaqəli oğlu Məhərrəmovdur.





