Ölkədə nağd pul tədavülünün effektiv və çevik idarə edilməsi çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının əsas hədəflərdən biri milli pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlərin gücləndirilməsidir.
Bu istiqamətdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyətinin 25 oktyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının reproduksiyası Qaydası” 3 noyabr 2023-cü il tarixindən qüvvəyə minmişdir.
Qayda ilə milli kağız və metal pul nişanlarının reproduksiyasına dair tələblər, o cümlədən pulların reproduksiyası zamanı ölçülərinə dair tələblər, elektron reproduksiyaya qarşı keyfiyyət parametrləri müəyyən edilir.
Reproduksiya qaydalarının tələblərini pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunur.
Qayda ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
https://e-qanun.az/framework/55501