Home » Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib

Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib

by yunus
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 6,7%, qeyri-qida məhsulları üzrə 3,8%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7% yüksəlib.

İyun ayında illik inflyasiya 5,8% təşkil edib. Bu dövrdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri 7,1%, qeyri-qida məhsullarının qiymətləri 3,8%, ödənişli xidmətlərin qiymətləri isə 5,6% artıb.

Aylıq müqayisədə isə iyunda istehlak qiymətləri 0,3% yüksəlib. Bununla yanaşı, qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki ayla müqayisədə 0,7% azalıb.

Ötən ay ərzində qarabaşaq yarması, toyuq əti, yoqurt, qatıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağ kələm, soğan, eləcə də qazlı və qazsız suların qiymətlərində artım qeydə alınıb. Eyni zamanda, təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, sarımsaq və kartof ucuzlaşıb.

Qeyri-qida malları üzrə qiymətlər aylıq müqayisədə 0,1% artıb. Bu kateqoriyada əsasən boya, mebel, avtomobillər üçün mühərrik yağı və mobil telefonlar bahalaşıb, məişət avadanlıqları və zərgərlik məmulatları isə ucuzlaşıb.

Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də iyunda may ayı ilə müqayisədə 0,1% artıb. Bahalaşma əsasən beynəlxalq hava sərnişindaşıma xidmətləri və ölkədaxili istirahət turlarında müşahidə olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.