Home » Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 1 mlrd. manatdan çox artıb

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 1 mlrd. manatdan çox artıb

by yunus
0 comments 4 views 1 minutes read

Yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 10 milyard manatı ötüb

BBN.az xəbər verir ki, 2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan ümumi dövriyyə 10 milyard 499 milyon 316,8 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% və ya 1 milyard manatdan çox artım deməkdir.

Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yayıb. Bildirilib ki, hazırda ölkə üzrə ümumilikdə 106.520 ədəd yeni nəsil NKA quraşdırılıb.

Rəsmi açıqlamaya görə, bu cihazlardan istifadə hesablaşmaların daha şəffaf şəkildə aparılmasına, qeyri-qanuni mal dövriyyəsinin qarşısının alınmasına və ticarət dövriyyəsinə effektiv nəzarətin həyata keçirilməsinə imkan verir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.