2

Mikayıl Cabbarov ABŞ-a səfəri çərçivəsində Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun 2025-ci il üzrə İllik Toplantısı zamanı İslam İnkişaf Bankına üzv ölkələr üzrə Müdirlərin görüşündə və onlara həsr olunmuş naharda iştirak edib.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbir çərçivəsində İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və üzv dövlətlərin nümayəndələri ilə dayanıqlı və inklüziv inkişaf prioritetləri müzakirə olunub.
Görüşdə Azərbaycanın 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi ilə bağlı hazırlıq prosesi və ümumi inkişaf məqsədləri naminə islam maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.








