“S&P” beynəlxalq reytinq agentliyi hesabatda Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində bank tənzimlənməsi və nəzarətinin modernləşdirilməsi təşəbbüslərinin həyata keçirildiyini bildirib.
BBN.az xəbər verir ki, Agentlik bu təşəbbüslərin ölkənin tənzimləmə və nəzarət çərçivəsini beynəlxalq təcrübəyə yaxınlaşdıracağı qənaətindədir.
Agentlik həmçinin Mərkəzi Bank tərəfindən ötən 3 ildə tənzimləyici təşəbbüslərinin əhatə dairəsinin xeyli genişləndirildiyini vurğulayıb.
Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul etƏtraflı