Home » Azərbaycanla Gürcüstanın əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycanla Gürcüstanın əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Fevralın 10-da Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava ilə görüşüb.

Görüşdə nazir Mikayıl Cabbarov ölkəmizin Gürcüstanla ikitərəfli iqtisadi əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini qeyd edib, Azərbaycanla Gürcüstanın dövlət və hökumət başçılarının Dünya İqtisadi Forumu çərçivəsində görüşlərini xatırladıb.

Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirən N.Turnava Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaşlarından olduğunu, 130 birgə sərmayəli müəssisənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, Gürcüstan birgə müəssisələrin sayının və ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlıdır.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.