Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev amerikalı sahibkar, “SpaceX” şirkətinin qurucusu, eks (keçmiş Twiter) sosial şəbəkəsinin sahibi Elon Musk ilə görüşüb.
BBN.az xəbər verir ki, bu barədə Rəşad Nəbiyev eksdə paylaşım edib.
“Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu Elon Musk ilə görüşdük. “Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq”, – o qeyd edib.