Home » “Azərpoçt”la Milli Depozit Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb – Foto

“Azərpoçt”la Milli Depozit Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb – Foto

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC və Milli Depozit Mərkəzi (MDM) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

BBN.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, sənəd poçt və maliyyə xidmətlərinin, o cümlədən yığımların təşkili, MDM tərəfindən göstərilən xidmətlərin regionlarda təşkilinə dəstək, regionların sosial inkişafı çərçivəsində birgə layihələrin icrası və məlumat mübadiləsi sahələrində əməkdaşlığı nəzərdə tutur. Nəticədə MDM-dən xidmət alan fiziki və hüquqi şəxslərin işləri daha da asanlaşacaq.

Belə ki, “Azərpoçt”un ölkə boyu yerləşən poçt şöbələri vasitəsilə MDM müştəriləri yerindəcə maliyyə əməliyyatlarını apara biləcəklər. Müştərilərə xidmətlərin daha yaxşı şəkildə göstərilməsi üçün yaxın gələcəkdə tərəflərin əməkdaşlarına qiymətli kağızlar üzrə təlimlərin keçirilməsi də planlaşdırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.