Home » Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir – Foto

Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir – Foto

by ulviyya
0 rəy 136 baxış 1 dəqiqə oxuma

29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı keçirilmişdir.

Ümumi Yığıncağın gündəliyinə ABA-nın və törəmə qurumların 2023-cü il üzrə fəaliyyətinin, Audit Komitəsinin hesabatının, 2024-cü il üzrə iş planının, ABA-nın Audit Komitəsi üzvlərinin və sədrinin təsdiqi daxil olmuşdur.

Bundan başqa, iclas zamanı ABA-nın nəzdində fəaliyyət göstərəcək “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” (ESG & Sustainable banking Expert Group) yaradılmışdır və bununla da Ekspert Qruplarının sayı 15-ə çatdırılmışdır. Eyni zamanda, “Kredit işi Ekspert Qrupu”nun daxilində fəaliyyəti nəzərdə tutulan alt Ekspert Qrupları “Mikro Kreditləşmə İşçi Qrupu” və “Pərakəndə Bankçılıq İşçi Qrupu” yaradılmışdır.

İclasın sonunda 2023-cü il üzrə Azərbaycan Banklar Assosiasiyasına üzv bankların mükafatlandırılması – “Bankçılıq Mükafatları 2023” keçirilmişdir.

İclas zamanı, həmçinin, gündəlikdə yer alan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Assosiasiyanın Ali idarəetmə orqanı Ümumi Yığıncaqdır. ABA üzvlərinin bütün nümayəndələrindən ibarət olan Ümumi Yığıncaq ildə bir dəfədən az olmayaraq çağırılır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.