Home » “Azərbaycan Beynəlxalq Bankı”nın istiqrazlarına 408 investor maraq göstərib

“Azərbaycan Beynəlxalq Bankı”nın istiqrazlarına 408 investor maraq göstərib

by yunus
0 comments 0 views 1 minutes read

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 10 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 100 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlar hər biri 5 milyon manatlıq olmaqla 2 tranşda çıxarılıb.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə investorlara təklif olunub və onlara 408 investor maraq göstərib. Belə ki, istiqrazların 1-ci tranşına 227 investor 9,088 milyon manatlıq 428 sifariş, 2-ci tranşına isə 181 investor 10,758 milyon manatlıq 398 sifariş təqdim edilib ki, müvafiq olaraq 224 investorun 425 sifarişi və 175 investorun 392 sifarişi təmin edilib. Bununla da, yerləşdirmə tam baş tutub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.