Home » Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 32 mlrd. manata yaxınlaşıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 32 mlrd. manata yaxınlaşıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

2026-cı il yanvar ayının 1-nə Azərbaycan iqtisadiyyatına yönəldilən ümumi kredit qoyuluşları (bank və qeyri-bank kredit təşkilatları birlikdə) 31 milyard 946,7 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici 2025-ci ilin yanvar ayının 1-i ilə müqayisədə 9,1 % və ya 2 milyard 658,5 milyon manat artıb.

Məlumata əsasən, hesabat dövründə dövlət bankları tərəfindən iqtisadiyyata yönəldilən kreditlərin həcmi 7 milyard 867,3 milyon manat, özəl banklar tərəfindən 22 milyard 195,7 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1 milyard 883,7 milyon manat təşkil edib.

Xatırladaq ki, hesabat tarixinə bank sektorunun ümumi kredit portfelinin həcmi 30 milyard 63 milyon manata bərabər olub. Bunun 16 milyard 106,3 milyon manatı biznes kreditlərinin, 9 milyard 354,2 milyon manatı istehlak kreditlərinin, 4 milyard 602,5 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.