Home » Azərbaycan Mərkəzi Bankı ilə Əbu-Dabi Qlobal Bazar Maliyyə Xidmətlərinin Tənzimləyici Orqanı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Mərkəzi Bankı ilə Əbu-Dabi Qlobal Bazar Maliyyə Xidmətlərinin Tənzimləyici Orqanı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı ilə Əbu-Dabi Qlobal Bazar Maliyyə Xidmətlərinin Tənzimləyici Orqanı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.

Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında maliyyə texnologiyaları və xidmətləri, kapital bazarları və digər müvafiq sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulub. Beləliklə, qeyd olunan sahələr üzrə təcrübə və məlumat mübadilələrinin aparılması, təlim, seminar, həmçinin tədqiqat xarakterli səfərlər və peşəkar inkişaf fəaliyyətlərinin təşkilinin həyata keçirilməsi diqqətdə saxlanılacaq. Bu əməkdaşlıq beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl tənzimləyici yanaşmaların tətbiqi baxımından mühüm imkanlar yaradacaq.

 

Anlaşma Memorandumu qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılması ilə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Eyni zamanda, qurumlar arasında davamlı dialoqun möhkəmləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi hər iki ölkənin tənzimləyici təcrübəsinin təkmilləşdirilməsinə və maliyyə sektorunun dayanıqlı inkişafına xidmət edəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.