Home » Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

by Aytac
0 comments 2 views 1 minutes read

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə assosiasiyalar nəzdində işçi qrupları yaradılıb. Beləliklə də, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Birjası İştirakçılarının Assosiasiyası nəzdində fəaliyyət göstərəcək işçi qrupları istehlakçı hüquqlarının qorunması çərçivəsində səmərəliliyin artırılmasına, pozulmuş hüquqların bərpa edilməsinə, o cümlədən mübahisələrin operativ və effektiv surətdə həll edilməsinə töhfə verəcək.

Cari ilin yanvar ayının 27-də işçi qruplarının, o cümlədən assosiasiya nümayəndələrinin iştirakı ilə onlayn qaydada görüş keçirilib. Görüş çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarət subyektlərinə ünvanlanmış vətəndaş müraciətlərinin mahiyyəti üzrə cavablandırılması zamanı qanunvericiliyin tələblərinə əməl olunması, işçi qruplarının effektiv fəaliyyəti, bu istiqamətdə görülmüş və cari ildə görüləcək işlər barədə məsələlər diqqətə çatdırılıb.

Görüşdə həmçinin maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərlə bağlı təkliflər səsləndirilib və mövzu ətrafında müzakirələr aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.