Home » Transmilli şirkətlər qrupuna daxil olan rezident müəssisələr müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidir

Transmilli şirkətlər qrupuna daxil olan rezident müəssisələr müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Məlum olduğu kimi, dövlət başçısının 16 fevral 2021-ci il tarixli sərəncamı ilə 2021-ci il martın 12-də Azərbaycan Respublikası “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”nə qoşulub. Bununla bağlı olaraq, ölkəmizin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məqsədilə Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilib, Məcəllədə transmilli şirkətlər qrupu anlayışı və transmilli şirkətlər qrupunun hesabatının vergi orqanlarına təqdim edilməsi öhdəliyi öz əksini tapıb.

Vergi Məcəlləsinin 16.9-cı maddəsinə əsasən, transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və ölkəmizin rezidenti olan müəssisə müəyyən edilmiş müddətdə, formada və qaydada hesabatı vergi orqanına təqdim edir.

“Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası” İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilib. Ölkələrarası hesabatın təqdim edilməsinə dair beynəlxalq standartların, Azərbaycan Respublikasının qoşulduğu Çoxtərəfli Sazişin və daxili qanunvericiliyin əsas tələbi transmilli şirkətlər qrupunun konsolidə olunmuş illik maliyyə hesabatlarına əsasən qrupun məcmu gəlirlərinin 750 milyon avro və ya onun manat ekvivalentindən çox olmasıdır. Sözügedən qaydaya uyğun olaraq, Azərbaycan Respublikasının rezidenti olan və transmilli şirkətlər qrupuna daxil olan əsas müəssisə, müvəkkil müəssisə və ya qrupdaxili müəssisə tərəfindən qaydaya əlavə edilən bildiriş (2 nömrəli Əlavə) elektron ərizə vasitəsilə vergi orqanlarına təqdim edilməlidir. Vergi Məcəlləsinin 57.1-2.-ci maddəsinə əsasən, qeyd edilən tələblərə cavab verən transmilli şirkətlər qrupu tərəfindən hesabatın müəyyən olunmuş müddətdə, formada və qaydada təqdim etməməsinə görə vergi ödəyicisinə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Dövlət Vergi Xidməti müvafiq tələblərə uyğun olan vergi ödəyicilərini qanunvericiliyin tələblərinə əməl etməyə çağırır və ölkələrarası hesabatlarla bağlı zəruri məlumatlarla Xidmətin rəsmi internet saytında “Beynəlxalq vergi münasibətləri” bölməsinin “CBCR” altbölməsində tanış olmağı tövsiyə edir.

Keçid üçün link:

https://www.taxes.gov.az/az/page/beynelxalq-vergi-munasibetleri

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.