Home » Azərbaycan və BMT enerji və dayanıqlı inkişaf sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və BMT enerji və dayanıqlı inkişaf sahəsində əməkdaşlığı müzakirə edib

by Zeyneb
0 comments 2 views 1 minutes read

Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında enerji və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Müzakirələr energetika naziri Pərviz Şahbazovun BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşü zamanı aparılıb.

V. Andreyevanın ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilən görüşdə enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə əməkdaşlığın Energetika Nazirliyinin əsas prioritetlərindən olduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi, eləcə də yaşıl enerji və enerji keçidi sahəsində ardıcıl siyasət və təşəbbüsləri ölkənin qlobal iqlim gündəliyində lider mövqeyini gücləndirib. Xüsusilə Azərbaycanın COP30 çərçivəsində elan etdiyi və emissiyaların 2035-ci ilə qədər 40 % azaldılmasını nəzərdə tutan yeni “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə”si (NDC) yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin “DİM-in 7-ci hədəfi üzrə Azərbaycan üçün Yol Xəritəsi”nin hazırlanması məsələsinə toxunulub. Gələn ilin aprelində Bakıda keçirilməsi planlaşdırılan UNESCAP-ın 82-ci Sessiyası çərçivəsində enerji üzrə yan tədbirin təşkili ilə bağlı hazırlıq işləri müzakirə edilib.

Söhbət zamanı “UNIDO–İƏT Təmiz Enerji Mərkəzi”nin fəaliyyəti, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı, hidrogen konsepsiyası, regionlararası elektrik enerjisi interkonnektor layihələri, eləcə də neft-qaz sektorunun dekarbonizasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. BMT ilə əməkdaşlıq çərçivəsində planlaşdırılan tədbirlər nəzərdən keçirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.