Home » Azərbaycan və Vyetnam sahibkarları arasında görüş keçirilib

Azərbaycan və Vyetnam sahibkarları arasında görüş keçirilib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan və Vyetnamın təşkilatları və şirkətləri arasında sənədlər imzalanıb.

Vyetnam Sahibkarlıq Milli Assosiasiyasının (VINEN) nümayəndələri və 20-yə yaxın iş adamı ölkəmizdə səfərdədir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və VINEN arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycan və Vyetnam sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya sahəsində əlaqələrin inkişafına dəstək məqsədilə “Bakı KOB evi”ndə görüş keçirilib.

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin dəstəyi və KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş görüşdə Vyetnam və Azərbaycan iş adamları, eləcə də yerli biznes assosiasiyaların nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Vyetnamdakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə, KOBİA-nın İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev, VINEN-nin nümayəndəsi xanım Trinh Thi Thu Ha, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) sədri Emin Dostiyari çıxış ediblər. Çıxışlarda Azərbaycan və Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün perspektivlər, ölkələrimizin biznes və investisiya mühiti, iş adamları arasında əməkdaşlıq və gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün imkanlar barədə məlumat verilib.

Tədbir çərçivəsində VINEN və AQİSA, “Canet” MMC və Vyetnam Aşpazlar Assosiasiyası arasında əməkdaşlığa dair niyyət protokolları imzalanıb, Azərbaycan və Vyetnam iş adamları arasında birbaşa əlaqələrin qurulması üçün müzakirələr aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.