Home » Azərbaycanda bankların “yaşıl layihələr”ə ayırdığı kredit həcmi açıqlanıb

Azərbaycanda bankların “yaşıl layihələr”ə ayırdığı kredit həcmi açıqlanıb

by Zeyneb
0 comments 3 views 1 minutes read

Mənbə: trend.az

Azərbaycanda bank sektoru indiyədək “yaşıl layihələr” üçün 300 milyon manat kredit ayırıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, bank sektoru 2030-cu ilə qədər 2 milyard manatlıq könüllü öhdəlik götürüb və bu, COP29 çərçivəsində elan edilib:
“Bu öhdəlik Azərbaycan üzrə yaşıl keçid layihələrini dəstəkləyir və bankların bərpa olunan enerji, dayanıqlı infrastruktur və digər təşəbbüslərə vəsait ayırmaq niyyətini nümayiş etdirir. Ən son məlumatlara görə, elanından sonra yerli banklar təxminən 13,000 kredit, yəni 300 milyon manata yaxın vəsait ayırıblar”, – Ş. Mahmudzadə bildirib.

AMB rəsmisi əlavə edib ki, yaşıl keçid mürəkkəb və uzunmüddətli bir prosesdir:
“Bu gün yaratdığımız dinamika uzunmüddətli təsir göstərəcək. İnanıram ki, keçirilən tədbirlər və həyata keçirilən təşəbbüslər iqlim maliyyəsinin sürətləndirilməsi və daha yaşıl, firavan Azərbaycan qurulması üçün katalizator olacaq”, – baş direktor vurğulayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.