2

2025-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar balansında (CƏB) 3,5 milyard ABŞ dolları, yaxud ümumi daxili məhsulun (ÜDM) 4,6 %-i həcmində profisit formalaşıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.
Onun sözlərinə görə, bu göstərici 2024-cü illə müqayisədə təxminən 25 % azdır.
AMB rəsmisi bildirib ki, qeyd olunan həcmdə profisitin mövcudluğu makroiqtisadi dayanıqlılıq baxımından mühüm müsbət amil hesab olunur.




