Home » Azərbaycanda Elektron Rəqabət İnformasiya Sistemi ilə bağlı yeni qərar verilib

Azərbaycanda Elektron Rəqabət İnformasiya Sistemi ilə bağlı yeni qərar verilib

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycan Respublikasında Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) fəaliyyəti ilə bağlı mühüm hüquqi addım atılıb.

BBN.az xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, Prezidentin 2024-cü il 9 iyul tarixli “Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında” 133 nömrəli Fərmanının icrası ilə əlaqədar yeni qərar qəbul edilib.

Qərara əsasən, “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq olunub.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə bir sıra vəzifələr tapşırılıb. Agentlik ERİS-in aparılması, fəaliyyətinin təşkili və gələcək inkişafı üçün zəruri tədbirlər görməlidir. Həmçinin qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə sistemin müvafiq dövlət reyestrlərinə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməlidir. Söhbət “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” və “Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri”ndən gedir.

Qərarda Nazirlər Kabinetinə də bu sənəddən irəli gələn məsələlərin həlli tapşırılıb.

Eyni zamanda, Prezidentin 9 iyul 2024-cü il tarixli 133 nömrəli Fərmanının 6-cı hissəsi yeni redaksiyada təqdim edilib. Dəyişikliyə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət informasiya ehtiyatları və sistemləri ilə bağlı qaydaların tətbiqindən irəli gələn tədbirlərin icrasını təmin etməlidirlər. Bu öhdəlik 2018-ci il 12 sentyabr tarixli, 263 nömrəli prezident fərmanının tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Qərar ölkədə rəqabət mühitinin rəqəmsal əsaslarla daha şəffaf və səmərəli idarə olunmasına xidmət edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.