Home » Naxçıvan şəhərində ictimai nəqliyyatda bank kartları ilə ödəniş tətbiq ediləcək

Naxçıvan şəhərində ictimai nəqliyyatda bank kartları ilə ödəniş tətbiq ediləcək

by Aytac
0 comment 3 views 1 minutes read

Naxçıvan şəhərində ictimai nəqliyyatda bank kartları ilə ödəniş tətbiq ediləcək.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Elçin Əliyev bildirib.

“İlk dəfədir Naxçıvanda ictimai nəqliyyatda bank kartı ilə təmassız, təhlükəsiz ödəniş tətbiq edilir. İlkin olaraq bir avtobusda yeni nəsil cihaz-validatorlar quraşdırılıb. Validatorlarla təmassız ödəniş imkanına malik olan istənilən bank kart ilə ödəniş etmək mümkündür. Bununla da, sərnişinin əlavə kart almasına ehtiyac qalmır.

 

Bundan başqa, yerli banklardan birinin təqdim etdiyi “İnkart” da var. Əgər bank kartınızda pul yoxdursa, “İnkart”ı avtobus dayanacağındakı terminaldan doldurmaq mümkündür. “İnkart”ın daha bir üstünlüyü mobil tədbiqin mövcud olmasıdır. Mobil tətbiqə daxil olaraq balansınızı rahatlıqla artıra, ödəniş tarixçəsini izləyə bilərsiniz. Layihənin məqsədi nağdsız hesablaşmaların, təmassız kart əməliyyatlarının sayının artırılması, nağd dövriyyənin minimuma endirilməsidir”, – deyə o qeyd edib.

Hazırda Naxçıvan şəhərində 67 avtobus fəaliyyət göstərir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.